Venesiyada gələn ilin yazından etibarən bilet sistemi sınaqdan keçiriləcək.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ziyarətçilər İtaliya şəhərinin tarixi mərkəzinə daxil olmaq üçün 5 avro ödəniş etməli olacaqlar.

Beləliklə, Venesiya 2024-cü ildən ziyarətçilər üçün 5 avroluq bilet sistemini sınaqdan keçirəcək. Bildirilib ki, sakinlər, sərnişinlər, tələbələr və 14 yaşdan kiçik uşaqlar, eləcə də şəhərdə gecələyən turistlər vergidən azad ediləcəklər.

Məlumata görə, YUNESKO, qismən kütləvi turizmin təsiri ilə əlaqədar olaraq, Venesiyanı nəsli kəsilməkdə olan dünya irsi obyektləri siyahısına əlavə edib.

 

Gözəl Həşimova