Polşanın keçmiş baş naziri Donald Taskın rəhbərlik etdiyi ən böyük müxalifət partiyası “Vətəndaş Platforması”nın təşkilatçılığı ilə Varşavanın mərkəzində kütləvi yürüş keçirilir. 

İqtisadiyyat.az xəbər verir ki, yürüş barədə partiya sosial şəbəkələrdə məlumat yayıb.

Təşkilatçılar qeyd edib ki, “Bir milyon ürək marşı” ölkədə oktyabrın 15-nə təyin edilmiş növbəti parlament seçkilərinə düz iki həftə qalmış keçirilir: "Biz şərlə mübarizə aparmaq, bu hökuməti məhkəmə qarşısına çıxarmaq üçün ayağa qalxırıq ki, Polşa yalandan, nifrətdən və oğurluqdan azad olsun. Bu bizim zamanımızdır". 

Siyasətçi yürüşü “dirçəliş simvolu” adlandırıb.

Yürüş təşkilatçıları ümid edirlər ki, bu, seçkilər dönüş nöqtəsinə çevriləcək və müxalifətə yeni səslər cəlb etməyə kömək edəcək. Hazırda “platforma” 20%-dən çox səsə arxalana bilər. 

Taskın sözlərinə görə, yürüşdə 1 milyondan çox insan iştirak edib: "Varşavada bir milyondan çox ağ və qırmızı ürək!"