Çin Tailandın "vahid Çin" prinsipinə sadiqliyini yüksək qiymətləndirir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Banqkokda Çinin xarici işlər naziri Van Yi Tailandın xarici işlər naziri Panpri Phitthanukon ilə birgə keçirdiyi brifinqdə deyib.

"Biz Taylandın "vahid Çin" prinsipinə sadiqliyini və Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsünə fəal dəstəyini yüksək qiymətləndiririk", - o deyib.

Çin Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, iki ölkə qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb və martın 1-dən rəsmi olaraq "vizasız dövrə" daxil olacaqlar.

Qeyd edək ki, Çinin xarici işlər naziri yanvarın 26-dan Taylanda səfərdədir və bu səfər yanvarın 29-dək davam edəcək.