Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 61,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.  

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 21 sentyabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 45,5 milyon ABŞ dolları təşkil etmişdi.