Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Mərkəzi Bank qeyd edib ki, tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.