Ünvanlı dövlət sosial yardımı almaq üçün lazım olan sənədlərin siyahısı və prosedur qaydası açıqlanıb.
DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyindən “Ölkə.Az”a verilən məlumata görə, vətəndaş bunun üçün e-sosial.az və ya e-gov.az portalında "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" bölməsinə daxil olaraq tələb olunan məlumatları qeyd etməlidir.
Bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir:
- Ailə tərkibi haqqında arayış;
- Şəxsiyyət vəsiqəsi (bütün ailə üzvlərinin);
- Təmsilçilik ərizəsi (notariat orqanından alınır).
Müraciətə 15 iş günü ərzində baxılır. Qeyd edək ki, paytaxtın Səbail və Yasamal rayonlarının sakinləri bununla bağlı həm də 1 saylı Bakı DOST mərkəzinə müraciət edə bilərlər.
Prosedurla bu linkdə daha ətraflı tanış ola bilərsiniz.