BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Fələstinin Qəzza zolağında yanacaqla təmin olunmayacağı təqdirdə yaxın günlərdə fəaliyyətini dayandıra bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu UNRWA-nın baş komissarı Filip Lazzarini deyib.

"Biz hər gün yanacaq sərfiyyatını azaldırıq və yaxın bir neçə gün ərzində agentliyin yanacaqla təmin edilmədiyi təqdirdə Qəzza zolağında fəaliyyətimizi dayandıra bilərik", - deyə Lazzarini "Əl Hadath" telekanalına bildirib.