"Sudanda təxminən 3 milyon uşaq məcburi köçkün vəziyyətinə düşüb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Sudan Nümayəndəliyi X sosial mediasından məlumat yayıb.

Məlumata görə, Sudanda davam edən vətəndaş müharibəsi səbəbilə təxminən 3 milyon uşaq evindən didərgin düşüb. Bu da dünyada ən yüksək göstəricidir.

 

Gözəl Həşimova