Ukrayna Milli Bankı yaxın üç ildə ölkəyə xarici maliyyə yardımının 100 milyard dollardan çox olacağını, lakin davamlı olaraq azalacağını proqnozlaşdırır.

Bu barədə İqtisadiyyat.az “Strana”ya istinadən xəbər verir.

Bankın proqnozlarına görə, Ukrayna dəniz limanları blokdan çıxarılacaq. Bildirilib ki, Qərb ölkələrinin və beynəlxalq maliyyə qurumlarının Ukraynaya dəstəyi təxminən 105 milyard dollar olacaq.

Milli Bank hesab edir ki, Ukraynada taxıl və paxlalı bitkilərin yığımı da ləng artacaq. Belə ki, bu il 46,8 milyon ton, 2024-cü ildə 48,9 milyon ton, 2025-ci ildə 51,8 milyon ton taxıl və paxlalı bitki yığılacaq.

 

Gözəl Həşimova