"Ukraynanın yenidən qurulması üçün 400 milyard dollardan çox vəsaitə ehtiyac var".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi Miroslav Yença bildirib.

“Əvvəlki hesablamalara görə, Ukraynanın bərpasına çəkilən xərclər 400 milyard dollardan çox olacaq. Biz heç kimi geridə qoymadan, müharibədən zərər çəkmiş icmalarda hüquqlara və yerli ehtiyaclara əsaslanan inklüziv bərpanın təşviqinə sadiqik.

Ölkəyə dəyən zərərin aradan qaldırması üçün illər və hətta onilliklər lazımdır. BMT ölkənin enerji sektorunun uzunmüddətli bərpası və yenidən qurulması üzərində fəal işləyir”, - deyə o, bildirib.

 

Gözəl Həşimova