Polşa sərhədindən Ukraynanın mal ixracı 40 % azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrda Ukrayna məhsullarının ixrac həcmi 9,2 milyon tona çatıb. Hesabat dövründə ölkədən yük daşımaları 783 min ton təşkil edib. Ən böyük ixrac həcmi Polşa sərhədindən keçib - 282 min ton.

Qeyd edək ki, noyabrın 6-da Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayıblar.

 

Gözəl Həşimova