Ukraynanın müdafiə naziri Oliksiy Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib.

İqtisadiyyat.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə nazir feysbuk səhifəsində məlumat verib.

Məlumata görə, Ukraynanın müdafiə naziri gördüyü işlər barədə hesabat verəcək. Reznikov açıqlamasında Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin 50%-dən çoxunun artıq azad edildiyini, ukraynalı müdafiəçilərin isə hər gün irəlilədiyini qeyd edib.

 

Gözəl Həşimova