Ukraynanın dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əhaliyə müvafiq xəbərdarlıqlar edilib. 

Qeyd edilib ki, Dnepropetrovsk, Nikolaev, Kirovoqrad və Odessa vilayətlərində sirenalar səslənir.

Həmçinin Kiyevin nəzarətində olan Zaporojye və Xerson vilayətlərində də hava təhlükəsi xəbərdarlığı da qüvvədədir.