"Ukraynanın minatəmizləmə texnikasına ehtiyacı var".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Müttəfiqlərdən minatəmizləmə texnikası üçün dəstək istəyən Ukrayna prezidenti deyib ki, ölkəsi Rusiya ilə davam edən müharibə səbəbindən böyük təhlükə altındadır.

“Ukraynanın öz tərəfdaşlarının texnikasına ehtiyacı var və torpaqlarımızı Rusiya minalarından təmizləmək üçün Ukraynada istehsal bazasının yaradılması çox vacibdir. Hazırda ölkəmizin ümumilikdə 174 min kvadrat kilometr ərazisi mina və partlamamış hərbi sursatlara görə potensial təhlükə altındadır. Mütəxəssislərimiz hər gün yüzlərlə partlayıcı aşkarlayır”, - Zelenski vurğulayıb.

“Bizim minatəmizləmə maşınlarımız, minatəmizləmə üçün nə qədər çox ixtisaslaşmış dronlarımız olsa, təhlükəsizliyi bir o qədər fəal şəkildə bərpa edə bilərik. Bizə kömək edən hər bir ölkəyə minnətdarıq”, - deyə o bildirib.