"Ruslar partlayışların dayandırılmasını istəyirlərsə, bizim ərazimizi tərk etməlidirlər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib.

“Rusiya gəmilərində və ya Krım körpüsündə baş verən partlayışlar düşmənə qarşı tamamilə məntiqli və təsirli addımdır.   

Beləliklə, ruslar partlayışların dayandırılmasını istəyirlərsə, bunun üçün onların yalnız bir yolu var. Ukraynanın ərazi sularını və torpaqlarımızı tərk etmək. Və bunu nə qədər tez etsələr, onlar üçün bir o qədər yaxşı olar. Çünki biz bu müharibədə düşməni 100 faiz məğlub edəcəyik”, - deyə o, vurğulayıb.