Hazırda Ukrayna şirkətlərinin 74%-i lazımi mütəxəssislərin çatışmazlığı ilə üzləşir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Biznes Assosiasiyasının məlumatında deyilir.
Məlumata görə, Ukraynadakı biznes nümayəndələrinin daha 17%-i bu problemlə qismən üzləşir, bu da ölkədəki səfərbərliklə bağlıdır.
Bildirilib ki, respondentlərin yalnız 7%-i kadr çatışmazlığı ilə üzləşməyib.
Assosiasiya qeyd edir ki, 2023-cü ilin payızında mütəxəssis çatışmazlığı ilə üzləşən şirkətlərin payı 55% təşkil edib.
Gözəl Həşimova