Ukraynada ötən ay inflyasiya iyun ayı ilə müqayisədə 2,1% azalıb.

İqtisadiyyat.az "UNİAN"a istinadən xəbər verir ki, bununla da ölkədə ərzaq məhsullarının qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə ucuzlaşıb.

Hesabat dövründə ölkədə ən çox tərəvəz məhsulları (-18,2%) ucuzlaşıb. Ukraynada yumurtanın (-4,1%), günəbaxan yağının (-0,8%) və un məmulatlarının (-0,2%) qiymətlərində də ucuzlaşma müşahidə olunub.

 

Gözəl Həşimova