Ukrayna Milli Bankı (MBU) borşa həsr olunmuş yeni sikkə təqdim edib.

Bu barədə İqtisadiyyat.az “Vesti”yə istinadən xəbər verir.

Məlumata görə, sikkə artıq oktyabrın 1-dən dövriyyədədir. Sikkənin üz tərəfində borş hazırlayan qadın, arxa tərəfdə isə qırmızı borş olan boşqab təsvir edilib. Sikkənin dizaynı rəssam Nikolay Koçubeydir.

Bildirilib ki, sikkələr “Ukrayna irsi” seriyasını davam etdirir. Sikkə 555 nüsxədən ibarət məhdud tirajla buraxılıb.

 

Gözəl Həşimova