Rusiyanın taxıl dəhlizi sazişini dayandırmasına baxmayaraq, iki yük gəmisi Ukraynaya gəlib.

İqtisadiyyat.az xəbər verir ki, Palau bayraqlı iki yük gəmisi İsrail və Misirə 20 min ton taxıl çatdırmaq üçün Ukrayna limanlarına gəlib.

Ukraynanın Kənd Təsərrüfatı Siyasəti və Qida Nazirliyindən verilən açıqlamada gəmilərin müvəqqəti dəhlizdən keçərək Ukrayna limanlarına çatdığı bildirilib. Gəmilərin heyəti Türkiyə, Azərbaycan, Misir və Ukrayna vətəndaşlarından ibarətdir.

Ukrayna baş nazirinin müavini Oleksandr Kubrakov gəmilərin adlarının "RESLIENT AFRICA" və "AROYAT" olduğunu açıqlayıb.

Qeyd edək ki, Rusiya iyul ayında Taxıl Sazişini tərk edib. Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, razılaşma Rusiyasız da davam edə bilər.