Ukrayna və Slovakiya sərhədində 600 yük maşınından ibarət növbə yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko "Rada" telekanalına bildirib.

Məlumata görə, Slovakiya daşıyıcıları Ukrayna ilə sərhədi bağlayıb. Polşa da öz növbəsində etiraz aksiyaları keçirmək qərarına gəlib .

 

Gözəl Həşimova