"Ukrayna silahlı qüvvələri üç aylıq əks-hücum əməliyyatında heç bir istiqamət üzrə məqsədlərinə nail ola bilməyiblər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 66 min əsgər və 7,6 min silah itirib: "Rusiya hərbçiləri bütün təmas xətti boyunca fəallığını davam etdirir. Kiyev böyük itkilərə baxmayaraq, artıq üçüncü aydır ki, əks-hücum keçirməyə çalışır. Lakin, Ukrayna silahlı qüvvələri heç bir istiqamət üzrə öz məqsədlərinə nail ola bilməyiblər”.

 

Gözəl Həşimova