Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni sanksiyalarla bağlı qərarını qüvvəyə mindirən iki fərman imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sənədlər prezidentin internet saytında dərc olunub.

Məlumata görə, Ukrayna Rusiya Federasiyası və digər ölkələrdən daha 51 nəfər və 134 şirkətə qarşı sanksiya tətbiq edib.

Bildirilib ki, sanksiyalar 3 ildən 10 ilədək müddətə tətbiq edilir.

 

Gözəl Həşimova