Ukrayna Baş Prokurorluğu Rusiyanın silahlı təcavüzü nəticəsində ölkədə 499 uşağın öldüyünü bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Rusiyanın başlatdığı genişmiqyaslı müharibədən Ukraynada çoxlu uşağın zərər çəkdiyi bildirilib.

"Uşaq məsələləri üzrə prokurorların rəsmi məlumatına görə, 499 uşaq ölüb, 1090-dan çox uşaq müxtəlif dərəcəli xəsarət alıb", - məlumatda deyilir.

Bu rəqəmlərin yekun olmadığına diqqət çəkən açıqlamada, "Döyüş əməliyyatlarının aparıldığı ərazilərdə, müvəqqəti işğal altında olan və azad edilmiş ərazilərdə fəsadların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir", - deyə qeyd edilib.

Açıqlamada Donetsk vilayətində 483, Xarkov vilayətində 129, Xerson vilayətində 117, Zaporojyedə 97, Nikolayev vilayətində 95, Dnepropetrovskda 94, Çerniqov vilayətində 71, Luqansk bölgəsində 67 uşağın müharibədən təsirləndiyi vurğulanıb.