"Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisinə hücum cəhdinin qarşısı alınıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 03.00 radələrində Ukrayna 3 PUA ilə Rusiya ərazisindəki obyektlərə hücum edib. Bildirilib ki, PUA-lardan 2-si Rostov vilayəti ərazisində, biri isə Moskva vilayətinin Ramenskiy rayonunda hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.

 

Gözəl Həşimova