Ali Rada (Ukrayna parlamenti) müdafiə naziri Aleksey Reznikovun istefasını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  deputat Yaroslav Jeleznyak öz Telegram kanalında yazıb. 

"Parlament Aleksey Reznikovun Ukrayna müdafiə naziri vəzifəsindən istefasını təsdiqləyib", - deputat bildirib və əlavə edib ki, qərarın lehinə 327 deputat, əleyhinə isə dörd deputat səs verib.

Jeleznyakın sözlərinə görə, müdafiə naziri vəzifəsinə yeni təyinatla bağlı səsvermə çərşənbə günü keçiriləcək.

Qeyd edək ki, sentyabrın 3-də Ukrayna prezidenti Volodimir Zelenski Reznikovu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini və onun yerinə hazırda Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edən Rustem Umerovun təyin edilməsini təklif etdiyini bildirib. Ertəsi gün Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib, daha sonra ərizə müvafiq komitə tərəfindən təsdiqlənib.