Ukrayna Müdafiə Nazirliyi hazırda İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiq edə bilmir. Onlar hələ də məlumatı dəqiqləşdirirlər .
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Suspilne saytı məlumat verib.
Bundan əvvəl Ukrayna mediası İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazmışdı.
***
14.02
Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.
İqtisadiyyat.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrdəki mənbələr bildirir.
Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.