Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Mars və PepsiCo şirkətlərini Rusiyada biznes fəaliyyətini davam etdirdikləri üçün “müharibə sponsorları” siyahısına salıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə büro özünün "Telegram" kanalında məlumat yayıb.

"NABU dünyanın iki ən böyük qida korporasiyası olan PepsiCo və Mars-ı müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib. Bizneslərini azaltmaq, reklamını və məhsullarının istehsalını dayandırmaq barədə bəyanatlara baxmayaraq, onlar Rusiyada işləməkdə davam edirlər", - deyə büro bildirib.

NABU xüsusilə Lay's, Pepsi, Sandora, Snickers, M&M's, Twix və Mirinda brendləri altında konfet, çips və qazlı içkilər istehsal edən bu korporasiyaları Ukraynadakı münaqişə zamanı tərəfsizlikdə ittiham edib.