Ukrayna ötən il hərbi xərclər üçün dövlət büdcəsindən 49,14 milyard dollar ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu vəsait hərbi və xüsusi təyinatlı texnika, silah, döyüş sursatı, müdafiə texnikası, fərdi mühafizə vasitələri, yanacaq-sürtkü materialları, ərzaq məhsulları, eləcə də hərbi qulluqçuların maliyyə təminatı və tibbi sığortanın alınmasına yönəldilib.

Xatırladaq ki, ötən il Ukraynanın büdcə kəsiri 54,75 milyard dollar təşkil edib və onun böyük hissəsi Qərbin yardımı hesabına ödənilib. 

 

Əli Ağayev