“Ukrayna 2023-cü ilin payız və ya qışında ABŞ-nin F-16 qırıcılarını, yəqin ki, əldə etməyəcək”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat bildirib

“Təəssüf ki, bizim artıq payız və qış boyu F-16 təyyarələri ilə Ukraynanı qoruya bilməyəcəyimiz bəllidir. Bu təyyarəyə böyük ümidlər var idi ki, o, həqiqətən də hava hücumundan müdafiə sisteminin bir hissəsi ola və Rusiyanın raket və dron hücumlarından müdafiə olunmağa kömək edə bilər”, - İqnat qeyd edib.

 

Gözəl Həşimova