Ukrayna son 24 saat ərzində Donetsk ətrafında 310-dək əsgərini itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat açıqlayıb.

"Bu müddət ərzində Rusiya silahlı qüvvələri Ukrayna hərbçilərinin Kupyansk vilayətində dörd, Donetsk bölgəsində isə üç hücumunu dəf edib.

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün Ukraynanın 91 pilotsuz təyyarəsini vurub", - məlumatda deyilir.

 

Gözəl Həşimova