Ukrayna gələn ilin martın 1-nə kimi müflis ola bilər.

İqtisadiyyat.az "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, ölkənin büdcəsində 3 aydan az vəsait qalıb.

Məlumata görə, Macarıstanın Ukraynaya büdcə yardımına veto qoyması ölkə iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər.

Buna görə də Avropa Şurasının növbədənkənar iclası çox güman ki, gələn ilin yanvar ayında keçiriləcək. Bildirilib ki, gözlənilən 50 milyard avronun 33 milyard avrosu kreditlər, 17 milyard avrosu isə subsidiya şəklində Ukraynaya köçürülməlidir.

 

Gözəl Həşimova