Ukrayna bu il tərəfdaşlarından 28 milyard dollar maliyyə dəstəyi alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Ukraynanın baş naziri Denis Şmıqal hökumətin iclasındakı çıxışında tərəfdaşlarının Ukraynaya verdiyi maliyyə dəstəyinə toxunub.

Baş nazir deyib: "Biz artıq bu il tərəfdaşlarımızdan 28 milyard dollar, Avropa İttifaqından 11 milyard dollar, ABŞ-dən isə 8 milyard dollardan çox maliyyə dəstəyi almışıq".

Şmiqal dostlarına və müttəfiqlərinə dəstəyə görə təşəkkür edib: "Ukraynaya verilən hər bir dollar bizim davamlılığımıza, qələbəmizə, Avropada təhlükəsizliyimizə və sülhə qoyulan sərmayədir".

Artıq təhlükəsizlik tədbirləri üçün 1 trilyon 800 milyard qrivna (təxminən 48 milyard 500 milyon dollar) ayırdıqlarını bildirən Şmiqal bunun hələ yekun məbləğ olmaya biləcəyini qeyd edib.