Ukrayna ordusu Dnepr çayının sol sahilindəki bəzi əraziləri nəzarətə götürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığının "Facebook" hesabından məlumat yayılıb.

Məlumata görə, Ukrayna ordusu Xerson bölgəsində Rusiya ordusuna qarşı uğurlu əməliyyatlar aparır. Bölgədəki qarşıdurmalarda 1200-dən çox rus əsgərinin öldüyü, 2200-dən çox rus əsgərinin isə yaralandığı bildirilib.

Bundan əlavə, Rusiya ordusuna aid 24 tank, 48 zirehli texnika və 89 silah məhv edilib.

 

Gözəl Həşimova