"Ukrayna ötən həftə Bəhmut yaxınlığında 3 kvadrat kilometr ərazini xilas edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar sosial media hesabından bildirib.

Onun sözlərinə görə, indiyə qədər Bəhmut yaxınlığında cəmi 47 kvadrat kilometr ərazi azad edilib: "Rusiya ordusu Ukrayna qoşunlarının Bəhmut istiqamətində irəliləməsinin qarşısını almağa çalışır. Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirirlər. Rus ordusu isə cənubda əsgər, silah və texnika baxımından əhəmiyyətli itkilər verib".

 

Gözəl Həşimova