Türkiyənin Ağrı vilayətində minik maşını ilə yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib.

Toqquşmanın təsirindən avtomobildə qalan yaralılar yanğınsöndürənlər tərəfindən xüsusi tədbirlərlə sıxışdıqları yerdən çıxarılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Osman Y.-nin hadisə yerində öldüyü müəyyən edilib.

Yaralılardan birini də xilas etmək mümkün olmayıb.