Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrinin son günlər törətdiyi təxribatları və terror aktlarını pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu, Türkdilli Dövlətlərin Parlament Assambleyası Katibliyinin bəyanatında yer alıb.

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində törədilmiş təxribatların və terror aktlarının mülki əhalinin və hərbçilərinin ölümünə səbəb olmasına təəssüf hissi ifadə olunur.

TÜRKPA Katibliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ən güclü dəstəyini bir daha təsdiq edərək, Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi yerli antiterror tədbirlərinin regionda sülh və təhlükəsizliyinin təmin olunacağına qəti əminliyini ifadə edib.

TÜRKPA Katibliyi təxribat nəticəsində insan tələfatı ilə əlaqədar şəhidlərin ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.