Azərbaycanın Türkmənistandakı səfirliyində əhatə dairəsi üzrə qeydiyyatda olan vətəndaşlarımızın 90,53 faizi növbədənkənar prezident seçkilərində iştirak edib.

Səfirlikdən İqtisadiyyat.az-a bildiriblər ki, növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar diplomatik nümayəndəlikdə 48 nömrəli seçki məntəqəsi təşkil edilmişdi.

Müvəqqəti olaraq Türkmənistanda yaşayan və burada ezamiyyətdə olan vətəndaşlarımız seçki fəallığı nümayiş etdiriblər.