Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Sankt-Peterburqa işgüzar səfərə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkmənistan xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Berdiməhəmmədov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.

MDB hazırda 11 ölkədən ibarətdir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna.

 

Gözəl Həşimova