Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabın 26-27 noyabr tarixlərində Aralıq dənizi üçün Birlik VIII Regional Forumuna qatılmaq üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək.
İqtisadiyyat.az TRT Haber-ə istinadən xəbər verir ki, tədbirin gündəmində Qəzzadakı humanitar böhran və regiondakı vəziyyətdir.
Səfər çərçivəsində Fidan ərəb ölkələrindən olan həmkarları, habelə qəbul edən ölkənin XİN başçısı Manuel Albares Bueno ilə görüşəcək.