Türkiyə Müdafiə Sənayesi İdarəsi (SSB) Türkiyənin "ROKETSAN" şirkəti tərəfindən hazırlanmış zond raketinin müvəffəqiyyətlə sınaqdan keçirildiyini və orbitə buraxıldığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsi özünün "Twitter" hesabındakı paylaşımında məlumat verib.

Paylaşımda Türkiyənin kosmosa giriş addımları çərçivəsində qabaqcıl mühəndislik texnologiyaları ilə inkişaf etdirilən ilk zond raketinin orbitə müvəffəqiyyətlə buraxıldığı qeyd edilib: “Bütün kritik alt sistemləri "ROKETSAN" tərəfindən yerli və milli səviyyədə inkişaf etdirilən raketimizin müvəffəqiyyətli buraxılış sınağı ölkəmizə xeyirli olsun".