Türkiyənin Burdur və İzmir bölgəsində meşə yanğınları başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hər iki bölgədə yanğınla mübarizəyə helikopterlər və canlı qüvvə cəlb edilib.

Məlumatda qeyd olunur ki, havadan və qurudan müdaxilələrlə alovu nəzarət altına almaq üçün işlər aparılır.

İnsan tələfatı və meşə ərazisinə dəyən ziyan barədə hələlik məlumat verilmir.