Danimarkada Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücum təşkil edilib.

İqtisadiyyat.az xəbər verir ki, qəti İslam əleyhdarı və irqçi “Danske Patrioter (Danimarka Patriots)” qrupunun üzvləri Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.

Daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb.

İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirən qrup üzvləri bu anları sosial media hesablarında canlı yayımlayıblar.

Qrupun təxribatları polisin himayəsi altında həyata keçirilib.