Türkiyə ordusunun quru qoşunları leytenantı Eril Alperen Emirin "Pence-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücumda şəhid olduğu bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən açıqlamada qeyd olunub:

"Quru qoşunları leytenantı, qəhrəman silahdaşımız Eril Alperen Emir separatçı terror təşkilatı mənsublarının “Pence-Kilit” əməliyyatı bölgəsində həyata keçirdiyi hücumda şəhid olub.

Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik".