Türkiyənin bir çox bölgələrində meşə yanğınları baş verib. Bolu, Antalya və Eskişehirdə baş verən yanğınların söndürülməsi istiqamətində işlər davam edir. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın baş verən daha üç vilayət - Antalya, Ankara və Dənizlidəki yanğınlar nəzarət altına alınıb.

Məlumata görə, Bolunun Göynük rayonunda baş verən yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyüb.

1 təyyarə, 3 helikopter və çoxlu su çiləyici maşın yanğına havadan və qurudan müdaxilə edilib.

Bolu valisi Erkan Kılıç yanğın bölgəsinə gedərək araşdırmalarda iştirak edib.

Ankara və Antalyada da anoloji hadisələr bir neçə rayonda davam edir. Bu bölgələrdə də aidiyyəti qurumlar yanğınların söndürülməsi istiqamətində addımlar atırlar. Vətəndaşlar da yanğınsöndürmə işlərinə kömək edir.