Ankara Avropa Parlamenti üzvlərinin Qarabağdakı vəziyyətlə bağlı “populistlər”in qəbul etdiyi qətnaməni ciddi qəbul etmir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu qətnamə məsuliyyətsizliyin, qərəzliliyin və cəhalətin simvoludur”, - məlumatda bildirilib.

Qeyd edək ki, Avropa Parlamenti deputatları Qarabağ hadisələri ilə bağlı Aİ-ni Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran hüquqi qüvvəyə malik olmayan qətnamə qəbul ediblər. 

 

Gözəl Həşimova