Xəbər verdiyimiz kimi, Türkiyənin Tokat vilayətində 5,6 maqnitudada zəlzələ baş verib. Nəticədə bir sıra binalara ziyan dəyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O qeyd edib ki, Tokatda 4 ev ciddi zərər çəkib və 2 məscidin minarələri dağıdılıb.
Bir nəfər xəsarət alıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları sövq edilib.
***
19:27
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudada zəlzələ baş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:11-də (Bakı vaxtı ilə 19:11), yerin 5,99 kilometr dərinliyində qeydə alınıb.
Hələlik dağıntılar və ya təlafat barədə məlumat verilməyib.