Türkiyənin Çorum vilayətində bir avtomobildə aparılan axtarış zamanı tarixi dəyəri olduğu bildirilən 5 əlyazma kitab ələ keçirilib və 4 şübhəli saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çorum Valiliyindən məlumat verilib.

Məlumata görə, Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi qrupları şəhərin girişində bir ticarət vasitəsi dayandırıb.

Nəqliyyat vasitəsinə baxış zamanı bel çantasında tarixi hesab edilən 3-ü böyük, 2-si kiçik olmaqla 5 ədəd əlyazma kitab götürülüb.