Türkiyənin Kocaeli vilayətində sərnişin avtobusundan 76 kiloqram heroin ələ keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, Regional Təhlükəsizlik Müdirliyinə bağlı Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları narkotik istehsalı və ticarətinin qarşısının alınması istiqamətində aparılan tədbirlər çərçivəsində Anadolu yolunun İzmitdən keçən hissəsində saxlanılan sərnişin avtobusunda axtarış aparıb. Axtarışa xüsusi yetişdirilmiş it də daxil edilib.

İtin reaksiyası ilə qruplar avtomobilin arxa oturacağının alt hissəsində gizlədilmiş 150 bağlamada 76 kilo 500 qram heroin aşkar ediblər.

6 şübhəli qruplar tərəfindən nəzarətə alınıb.