Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda özəl mikroavtobusla yük maşını toqquşub.

İqtisadiyyat.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Hadisə səhər saatlarında Cənub Dairəvi yolunda baş verib. Qəza nəticəsində sürücü və mikroavtobusda olan 17 sərnişin xəsarət alıb.

Hadisə yerinə xilasetmə və polis əməkdaşları cəlb edilib.

Xəsarət alanlar ilkin tibbi yardımdan sonra müalicə olunmaq üçün Qızıltəpə Dövlət Xəstəxanasına aparılıb.