"6 Fevral zəlzələsinin mənfi təsirlərinə, qlobal iqtisadiyyat və ticarətdəki durğunluğa baxmayaraq, ixracatın ilin sonunda 255 milyard dollara çatacağını gözləyirik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

Belə ki, nazir Bolat sosial media hesabında prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə elan həyata keçirilən və 2024-2026-cı illəri əhatə edən Orta Müddətli Proqramla (MTP) bağlı paylaşım edib: "MTP dövrünün sonu olan 2026-cı ildə ixracımızın 300 milyard dolları keçməsini hədəfləyirik".

"2024-2026-cı illəri əhatə edən MTP-də zəlzələ fəlakətlərinin yaralarını sağaltmaqla və fəlakət risklərini azaltmaqla makroiqtisadi və maliyyə sabitliyini təmin edən, inflyasiya ilə mübarizədə qalıcı qiymət sabitliyini hədəfləyən, investisiya, məşğulluq, istehsal prioritetləri, ixrac, sosial ədalət və rifahı artırmaq üçün makroiqtisadi hədəflərimizi təyin etdik", - nazir qeyd edib.